|
|||
---|---|---|---|
|
#1
|
|||
|
|||
![]() Bir şəhər tap Bir şəhər tap.. Gözdən uzaq... Hər günümü sən oğurla, Ya satın al həyatımı bir dükandan, Yoxsa gəlib birgecəlik Sevmədiyim biriləri götürərlər kirayəyə, Yaşayarlar ürəyimdə Mən olmadan...Sən olmadan... Hər ay sonu dağıdarlar ümidimi, sonra tərk edib gedərlər Uçuq- sökük bir ev kimi... Bir şəhər tap Gözdən uzaq... səbəblərim heç olmasın qaçmaq üçün.. neçə ildir gizlətdiyim sirlərimi açmaq üçün Bir şəhər tap Gözdən uzaq... Orda küləklər əsməsin saçlarıma düzən verib görüşünə gələn vaxtı pozmasın meh tellərimin sırasını... Axı onlar neçə ildir gözləyirlər, əllərinin sığalını... Bu halımı soruşmaqçün kimsələrin olmadığı Bir şəhər tap Gözdən uzaq.. Tərkedilmiş arzuların ünvanına apar məni Toz basıb bax! O gənc oğlan o şıltaq qiz.. Necə ağılsız olduq..Ax!.. Bir şəhər tap Gözdən uzaq.... Bir şəhər tap Gözdənuzaq... Sükut qoxsun küçələri, əlimdən tut gecələri, Tapılmasın biriləri, ki,nəzərin salsın bizə.. Sual dolu,qınaq dolu baxışlarla, süzməsinlər bizi gizlin Rahat-rahat dolaşacaq bir park olsun Birdə şirin bir pambiq al.. Uşaq təki dadım ondan, Qaça- qaça keçib yoldan, Sarmaşıq tək dolanım mən boğazına.. Səndə mənə bərk- bərk sarıl, nəfəsimi tükət qorxma! Neynəyirsən gülsatanı? Güləvəzi məni qoxla.. Bir şəhər tap.. Gözdən uzaq, Bİr şəhər tap... Feride iLkcan Konu Feride iLkcan tarafından (24-11-2017 Saat 19:48 ) değiştirilmiştir. |
Seçenekler | |
Stil | |
|
|