Şiir Akademisi - Ana Sayfa

Geri git   Şiir Akademisi Forum > ANLIK YAZIM PAYLAŞIM > Yarışmalar - Konulu, Süreli Yazım Çalışmaları

Cevapla
 
Seçenekler Stil
  #1  
Alt 06-05-2009, 20:52
karaçay - ait Kullanıcı Resmi (Avatar)
karaçay karaçay isimli üye şimdilik offline konumundadır
 
üyelik tarihi: Oct 2007
Nerden: Ankara
Mesajlar: 141
Standart sözün sözü sitesi şiir yarışmasının birinciliği

Aytan ƏLİZADƏ



1.


İlk öncə eləcəsinə gördüm onu
Əski bir mif ağzında yaşayarkən :

bir işıq yarığında oturmuşdu
göy gözləriylə , günəş saçlarıyla ,
Umay dimdiyində yerə daşınmışlar kimi.



Batıda yalqız bir ağac kölgəsində
Axar su güzgüsündə gözəlliyinə baxırdı tapıntıyla
Gözüm gözünə ilişdi ;
Sevdim
necə sevər gecə qaranlığını
Və yox oldu bir anda
necə yox olar siğara tüstüsü havada ;
eləcəsinə .

Utancaq bir damlacıq su kimi girdin yerin altına .

2 .


Sökdüm boğa buynuzuyla qarnını acunun ;
Ərlik sarayından oğurladım səni -
Başım üstünə qoydum uğurladım səni .

Sındırdın belindəki qanatları ;
Əllərindən tavan qurdun başım üstünə ,
Üzün ayım oldu ; saçların günəşim .
Quşqusuz çoxdan göyün rənginidə unutmuşdum ;
Gözlərin olmasaydı .

sevgini Daşıdım
necə daşıyar qurd körpəsini dişində ;
Və yaşadım səni ;
necə yaşayar şizofren birisi Sevgisini ;
eləcəsinə .

Neyləyim axı neyləyim ;
Sevgi sığar künəsi deyil atışqadan xiyavana fırladım
Yuxu həbbi deyil atım ; yatım .

3.


Amma boşla
şeirlə Dolduraram yerini necə doldurular hər nəyin yeri heç nə ilə
Və unudaram
Necə unudar gecə qaranlığını ; eləcəsinə

Bir damlacıq da üzülmə heç
Mən ilə bir gün yaşayan canından bıxar .
Heç sevməli adam da deyiləm
Səhər çağı sevirəm deyərəm
Axşam çağı yadımdan çıxar .

Sən inanmasan da özüm inanmalıyam

Axı ikimiz də bilirik
Nağılın sonunda azğın düşən qarğalar
Heç zaman ;
evlərinə çatmayacaqlar .

___________________________
Doğum ili :1362günəş ili (1983)
Güney AZƏRBAYCAN - Salmas

http://www.sozunsozu.com/index.php?/site/index
Alıntı ile Cevapla
  #2  
Alt 01-10-2009, 22:37
karaçay - ait Kullanıcı Resmi (Avatar)
karaçay karaçay isimli üye şimdilik offline konumundadır
 
üyelik tarihi: Oct 2007
Nerden: Ankara
Mesajlar: 141
Standart Sentiyabr ayının yarışması sonuclandı

Sentiyabr ayının yarışması sonuclandı:

Seçici qurulunun verdiyi səslərə görə sentiyabr ayının yarışmasında sevgili Ülkər Ucqar " Xidir" qoşuğuyla birinciliyi qazandı.

Sözün sözü olaraq Ülkəri qutlayırıq.
Ayın qoşuğu (1-31 Sentiyabr):

Ülkər Ucqar




Xidir


Təbrizin küçələrini görsəydin mənə darıxma deməzdin
dayan deməzdin.
Səhərlər,
qırx il olar qırx gün səhər qapını süpürür qonşunun qızı
Səhərlə elə “gəl apar qurtardı çığırır”tabaqçılar
əl girir ürəyimə! yer üzündən üzüləsi hər nəvar deyəsən
Axşamlar xət maşınlarında qarılar adaqlıyam deyəndə inanmır.
Axşamlar xət maşınlarında boylu qadınlara yer verməyim gəlmir.
“Neçə uşağın var ?”xət maşınlarında axşamlar.
Gecələrsə ayaq səsi gələndə sustalır ayağım
Açar yerindən görünən iki kölgə birləşir,ayrılır
birləşir,ayrılır
birləşir
ayrılır
birləşir...
Yuxuya qalsa qonşunun qızı
bu sabah da Xidri görməyəcək!


--------------------------------------------------

Ülkər Ucqar
1985/1363
Təbriz
Alıntı ile Cevapla
Cevapla

Seçenekler
Stil

Yetkileriniz
Sizin Yeni Konu Acma Yetkiniz var yok
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is Açık
Smileler Açık
[IMG] Kodları Açık
HTML-KodlarıKapalı

Gitmek istediğiniz klasörü seçiniz


şu Anki Saat: 09:34


Online Ziyaretçi: site statistics
Powered by vBulletin
Şiir Akademisi Forum